Vidadi Muradov: Cocuq Mərcanlı toxucuları “Azərxalça”da daimi iş yerləri ilə təmin olunacaqlar – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Vidadi Muradov: Cocuq Mərcanlı toxucuları “Azərxalça”da daimi iş yerləri ilə təmin olunacaqlar – FOTO

10:21 - 04 / 08 / 2017
Vidadi Muradov: Cocuq Mərcanlı toxucuları “Azərxalça”da daimi iş yerləri ilə təmin olunacaqlar – FOTO

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin üzvləri avqustun 3-də Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində sakinlərlə görüşüblər.

1news.az-a ASC-dən verilən xəbərə görə, görüşdə Qarabağ xalçaçılığının müasir vəziyyəti, işğal olunmuş rayonların əhalisi arasında xalçaçılığın inkişaf perspektivləri, Cəbrayıl rayonunun xalçaçılıq ənənələri, Cocuq Mərcanlı kəndinin toxucularının “Azərxalça” ASC-nin Füzuli filialının fəaliyyətinə cəlb edilməsi və s. kimi məsələlər müzakirə olunub, əhalini maraqlandıran suallar cavablandırılıb.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov qeyd edib ki, Cəbrayıl rayonun ərazisi Azərbaycanın  tarixi xlçaçılıq mərkəzlərindən biri olub:

“Burada Qarabağ, Muğan, Təbriz, Ərdəbil çeşniləri əsasında yerli kaloritə uyğun xovlu və xovsuz xalçalar, xalça məmulatları toxunub. Cəbrayılda xalçaçılıq Azərbaycanın digər rayonlarında da olduğu kimi, qadınların kütləvi şəkildə məşğul olduqları sənət sahəsi olub. Cəbrayıllılar bu xalçaların bəzilərini Cəbrayılın yadigarı kimi müvəqqəti məskunlaşdıqları yerlərdə qoruyub saxlayırlar. Bu onların xalçaçılığa, bu sənəti yaradanlara böyük hörmətinin və eyni zamanda marağının göstəricisidir.

Biz Qarabağ xalçaçılığına dair tədqiqatlarımız çərçivəsində hal-hazırda işğal altında olan Şuşa, Ağdam, Laçın, Kəlbəcər, Zəngilan, Xocalı, Xocavənd, Xankəndi rayonlarının, o cümlədən Cəbrayıl rayonunun xalçaçıları haqqında da məlumatlar toplamışıq. “Azərxalça”-nın apardığı təhlillər, hesablamalar göstərir ki, respublikamızın bütün rayonlarında xalçaçılıqla məşğul olmaq istəyən toxucuların, həmçinin bu sənətə həvəs göstərənlərin sayı yetərincədir. Cocuq Mərcanlı sakinlərinin arasında da toxucuların olması sevindirici haldır. Bu görüşümüz zamanı həmin toxucuların Cəmiyyətin Füzuli filialında işlə təminatı məsələsi müzakirə edildi. Bu kənddən 20-25 nəfər xalçaçı sözügedən filialda daimi iş yeri ilə təmin olunacaq. Həvəsi olanlar xalçaçılıq-tədris hazırlıq kurslarına cəlb ediləcək. 

Biz əminik ki,  yaxın gələcək də işğal altında olan bütün rayonlarımız düşmən tapdağından azad olunacaq. Və “Azərxalça” bu rayonlarda da öz yerli filiallarını yaradacaq. Azərbaycan bayrağı dalğalanan hər yerdə Azərbaycan xalçası toxunacaq. Azərbaycan ordusu irəlilədikcə, biz səngərlərə ən yaxın ərazilərdə yeni-yeni xalça emalatxanaları yaradacağıq. Xalçaçılıq, indi Cocuq Mərcanlıda olduğu kimi, bərpa olunan ərazilərdə əhalinin əsas məşğulluq sahələrindən birinə çevriləcək”.       

Görüşdə kənd sakinləri, rayon icra hakimiyyətinin nümayəndələri, toxucular və KİV nümayəndələri iştirak ediblər. 

S.Xankişiyeva

Paylaş:
1211

Son xəbərlər

Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşübBu gün, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏRBu gün, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladıBu gün, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTOBu gün, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olubBu gün, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 2Bu gün, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİBBu gün, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQBu gün, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıbBu gün, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildiBu gün, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”Bu gün, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEOBu gün, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladıBu gün, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAMBu gün, 15:14Mikayıl Cabbarov Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri ilə görüş keçiribBu gün, 15:06Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:03Azərbaycan Çində keçirilən İpək Yolu konfransında təmsil olunubBu gün, 15:01Heydər Əsədov Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsindən azad olunubBu gün, 15:00Şahin Seyidzadə “İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri vəzifəsindən azad edilibBu gün, 14:58Polad Bülbüloğlu Azərbaycanın Rusiyadakı səfiri vəzifəsindən geri çağırılıbBu gün, 14:57
Bütün xəbərlər