İndoneziyanın Sumatra adasında vulkan püskürüb – FOTO | 1news.az | Xəbərlər
Dünya

İndoneziyanın Sumatra adasında vulkan püskürüb – FOTO

14:43 - 04 / 08 / 2017
İndoneziyanın Sumatra adasında vulkan püskürüb – FOTO

İndoneziyanın Sumatra adasının şımalında vulkan püskürüb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, püskürmə nəticəsində tüstü və kül buludu 4 kilometrdən də hündürə qalxıb, adada əsl kül fırtınası başlayıb. Bu səbəbdən 7 min nəfərdən artıq insan öz evlərini tərk etmək məcburiyyətində qalıb.

Hökumət əhalini vulkana yaxın getməməyə çağırıb.

Qeyd edək ki, vulkan 400 ilə yaxın bir müddət ərzində aktivlik göstərməsə də, son illər tez-tez oyanırdı.

Babək Cahandarov

Paylaş:
850

Son xəbərlər

Bütün xəbərlər