Nail Allahverdiyev Bakı İstintaq Təcridxanasına köçürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Nail Allahverdiyev Bakı İstintaq Təcridxanasına köçürülüb

15:31 - 07 / 08 / 2017
Nail Allahverdiyev Bakı İstintaq Təcridxanasına köçürülüb

 Bakıda “Mercedes-Gelandawagen” markalı avtomobil ilə qəza törətmiş Nail Allahverdiyev Bakı İstintaq Təcridxanasına köçürülüb.

1news.az "Report"a istinadla xəbər verir ki, bu barədə onun vəkili məlumat verib.

Vəkilin sözlərinə görə, N.Allahverdiyevin səhhəti hazırda normaldır: "Yanıqlar çox da ciddi deyil. Məhkəmə qərarından apellyasiya şikayəti vermək barədə isə hələ qərar verməmişik. Bizim üç gün vaxtımız var".

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) və Respublika Baş Prokurorluğu avqustun 3-də Bakının Heydər Əliyev prospektində baş vermiş dəhşətli hadisə ilə bağlı birgə rəsmi məlumat yayıb. Birgə rəsmi məlumatda bildirilib ki, avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Mercedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Fakla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə başlanılmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Qəzanın baş verdiyi ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış zamanı “Mercedes-Gelandawagen” markalı avtomobilin sükanı arxasında Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olması tam təsdiq edilib. Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, həmin vaxt orada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozan “Mazda” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mirməhəmməd Əlövsət oğlu İsmayılov olması da müəyyən edilib və məhkəmə tərəfindən barəsində 1 ay müddətinə inzibati həbs qərarı verilib.

“Bununla əlaqədar qeyd edirik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə etdiyi ciddi xəbərdarlıqlardan nəticə çıxarmayan, özbaşınalıq və cinayətlər törətməkdən belə çəkinməyən dövlət məmurlarına və onların ailə üzvlərinə hələ də rast gəlinir. Odur ki, Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu bir daha bildirir ki, tutduğu vəzifəsindən, etdiyi xidmətlərdən və nüfuzundan asılı olmayaraq dövlət başçımızın məlum tələblərinə etinasız yanaşan, öz davranışları ilə cəmiyyətə qarşı açıq hörmətsizlik nümayiş etdirən, mövcud qayda-qanunları kobud şəkildə pozan hər bir məmur və onların ailə üzvləri barəsində qanunvericiliyə uyğun olaraq ən sərt tədbirlər görüləcək”, - birgə rəsmi məlumatda bildirilib.

1news.az

 

Paylaş:
594

Son xəbərlər

İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlarBu gün, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHIBu gün, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLARBu gün, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnibBu gün, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaqBu gün, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşübBu gün, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏRBu gün, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladıBu gün, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTOBu gün, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olubBu gün, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 2Bu gün, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİBBu gün, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQBu gün, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıbBu gün, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildiBu gün, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”Bu gün, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEOBu gün, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladıBu gün, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAMBu gün, 15:14
Bütün xəbərlər