ABŞ-da son yeddi ilin ən güclü qasırğası gözlənilir | 1news.az | Xəbərlər
Dünya

ABŞ-da son yeddi ilin ən güclü qasırğası gözlənilir

12:36 - 10 / 08 / 2017
ABŞ-da son yeddi ilin ən güclü qasırğası gözlənilir

Milli Okean və Atmosfer Tədqiqatları İdarəsinin (NOAA) məlumatına görə, ABŞ-da son illərin ən güclü qasırğası gözlənilir.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Atlantik okeanındakı iki tropik qasırğanın Florida sahillərinə çatması ehtimal edilir. NOAA həmin qasırğanın 2010-cu ildən etibarən baş verən qasırğalardan ən aktivi olacağını bəyan edib.

Qasırğaların Meksika körfəzində də aktiv olması nəticəsində ölkənin böyük neft müəssisələrinin yerləşdiyi bölgədə ziyana yol açacağı, strateji neft ehtiyatlarına təsir edəcəyi və neftin qiymətinin yüksəlməsi kimi iqtisadi nəticələrin ola biləcəyi ehtimal edilir.

Babək Cahandarov

Paylaş:
935

Son xəbərlər

Bütün xəbərlər