“Biq-Ben” 2021-ci ilədək susacaq | 1news.az | Xəbərlər
Dünya

“Biq-Ben” 2021-ci ilədək susacaq

17:22 - 14 / 08 / 2017
“Biq-Ben” 2021-ci ilədək susacaq

Avqustun 21-dən Londonun “Biq-Ben” saat qülləsində təmir işləri aparılacaq. Təmir 2021-ci ildə başa çatacaq.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə Böyük Britaniya parlamentinin mətbuat xidməti məlumat yayıb.

Zəng demək olar 157 il ərzində fasiləsiz işləyib. Sonuncu dəfə burada ciddi təmir işləri 1980-ci illərin ortalarında aparılıb. “Biq-Ben”in dörd siferblatı da təmir olunacaq, lakin onlardan biri ictimaiyyətə açıq olacaq.

S.Xankişiyeva

Paylaş:
860

Son xəbərlər

Bütün xəbərlər