Gerasimov Türkiyəyə səfər edəcək | 1news.az | Xəbərlər
Dünya

Gerasimov Türkiyəyə səfər edəcək

15:13 - 16 / 08 / 2017
Gerasimov Türkiyəyə səfər edəcək

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Türkiyəyə səfər edəcək.

1news.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

V.Gerasimov türkiyəli rəsmilərlə Suriya böhranını müzakirə edəcək.

M.Çavuşoğlu səfərin dəqiq tarixini açıqlamayıb.

Nazir əlavə edib ki, Türkiyə və Rusiya Suriya böhranının nizamlanması məsələsində fəal əməkdaşlıq edirlər.

O bildirib ki, ABŞ-dan fərqli olaraq, Rusiya YPG ("Kürd xalq özünümüdafiə dəstəsi") və PYD-ni ("Demokratik İttifaq") silahlandırmır.

1news.az

 

Paylaş:
597

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər