Bodrum küçələrində gəzdi, kimsə tanımadı - FOTO
Səudiyyə Ərəbistanının ən zəngin vəliəhd şahzadəsi Əl Valid Min Tallal Bin Əbdüləziz Əl Suud Bodruma istirahətə gəlib.
1news.az “cnnturk”ə istinadla xəbər verir ki, əlində təsbeh və mühafizəçilərlə Bodrum küçələrində gəzən şahzadəni tanıyan olmayıb. Göy zolaqlı köynək və göy rəngli bir şortla gəzən şahzadənin əlindəki Zaza təsbihi isə diqqətlərdən yayınmayıb.
Şahzadəni Baş nazirin müşaviri Taha Gənc müşayət edib.
Milas - Bodrum hava limanına eniş edən kral təyyarəsində 300 çemodan, 30 velosiped olub. Şahzadə həm velosipedlə, həm piyada yürüş edib. O bazara da baş çəkib, ailəsi ilə birgə kafedə yemək yeyib. Əl Valid Min Tallal Bin Əbdüləziz Əl Suudi 40 mühafizəçi qoruyur. O, 32 milyard dollarlıq sərvəti ilə dünyanın ən zənginləri sırasında yer alır.
Şahzadə və ailəsi gündüzləri 'Kingdom 5 KR' adlı super lüks yaxtada keçirir.88 metr uzunluğunda yataq və yemək otağı qızılla örtülmüş, üzərində helekopter olan yaxtada raketdən müdafiə sistemi də var.
1news.az