Avropa Məhkəməsi Ermənistanı cərimələdi | 1news.az | Xəbərlər
Ermənistan

Avropa Məhkəməsi Ermənistanı cərimələdi

11:13 - 16 / 08 / 2017
Avropa Məhkəməsi Ermənistanı cərimələdi

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hökmü ilə Ermənistan höküməti Ədliyyə Nazirliyinə 3600 avro dəyərində vəsait ayıracaq.

1news.az-ın AzVision.az-a istinadla verdiyi xəbərə görə, bu barədə qərar hökümətin 17 avqust iclasının gündəliyinə daxil edilib.

Məhkəmənin "Dnqikyan Ermənistana qarşı" işi üzrə 2017-ci ilin yanvarın 15-də verdiyi hökmə əsasən, Ermənistan şikayətçiyə qərar qüvvəyə mindikdən sonra üç ay ərzində qeyd edilən məbləği ödəməlidir.

İş üzrə AİHM-in hökmü ilə müəyyən edilən kompensasiya məbləğinin ödənilməsi üçün son tarix 2017-ci il sentyabrın 15-i göstərilir.

S.Xankişiyeva

Paylaş:
1006

Son xəbərlər

Bütün xəbərlər