Barselonada terror aktı nəticəsində xəsarət alanların sayı 119 nəfərə çatıb – FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Dünya

Barselonada terror aktı nəticəsində xəsarət alanların sayı 119 nəfərə çatıb – FOTO - YENİLƏNİB

09:30 - 18 / 08 / 2017
Barselonada terror aktı nəticəsində xəsarət alanların sayı 119 nəfərə çatıb – FOTO - YENİLƏNİB

Son məlumata görə,  Barselonada terror aktı nəticəsində xəsarət alanların sayı 119 nəfərə çatıb.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə Kataloniyanın xarici işlər nazirinin məsləhətçisi məlumat verib.

Məsləhətçi bildirib ki, 80 nəfər təcili yardım maşınları ilə, bəziləri isə özləri xəstəxanalara müraciət edib:

“Bütün qüvvəmizlə hücumu törətmiş qrupu zərərsizləşdirməyə çalışırıq”.

S.Xankişiyeva

17.08.2017 21:24

İspaniyanın Barselona şəhərində naməlum sürücü idarə etdiyi mikroavtobusu kütlənin üzərinə sürüb.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Las Ramblas turizm bölgəsində baş vermiş hadisə nəticəsində 13 nəfər ölüb, 20 nəfər xəsarət alıb.

Sürücünün hadisə yerindən qaçdığı, bölgədəki bütün metro və qatar stansiyalarına giriş-çıxışların bağlandığı qeyd olunur.

İspaniya polisi hadisənin terror aktı olduğunu bildirib.

1news.az

Paylaş:
1377

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər