Vəkil Norikyan: "Zabitlərin əksəriyyəti Ermənistanı tərk etmək niyyətindədirlər" | 1news.az | Xəbərlər
Ermənistan

Vəkil Norikyan: "Zabitlərin əksəriyyəti Ermənistanı tərk etmək niyyətindədirlər"

12:19 - 19 / 08 / 2017
Vəkil Norikyan: "Zabitlərin əksəriyyəti Ermənistanı tərk etmək niyyətindədirlər"

Ermənistanın  müdafiə nazirinin yeni qərarının əks təsiri olacaq.

1news.az  xəbər verir ki, bunu vəkil Norayr Norikyan 1in.am  saytına bildirib. Onun sözlərinə görə, bu əmrdən sonra 17 zabit məhkəmələrə hüquqlarının bərpa edilməsi tələbi ilə müraciət edib. 

“Çox təssüf ki, zabitlərin böyük əksəriyyəti bu gün Ermənistanı tərk etmək niyyətindədirlər. Bu bizim ümumi bəlamızdır və ordunun problemidir. Erməni ordusunun zabiti öz ailəsini saxlamaq iqtidarında deyil və ailəsini saxlamaq üçün  xaricə getməyə çıxış yolları axtarır. Bu yalnız MN-nin problemi deyil, bu, dövlətin strateji problemidir və dövlət bu sahədə əsaslı dəyişikliklər etməyə borcludur.

Elə şərait yaradılmalıdır ki, erməni ordusunun zabiti özbaşına xidməti tərk etməsin. Müdafiə Nazirliyi çalışır ki, bu yolla ordudan axının qarşısını alsın ancaq bu mümkün deyil”, erməni vəkil Norayr Norikyan əlavə edib.

Xatırladaq ki, Ermənistan müdafiə naziri 20 iyun 2017-ci il tarixdə yeni əmr verib. Əmrə əsasən zabitlərlə bağlanmış müqavilənin yeni dəyişdirilmiş variantı təklif edilib. Belə ki, hərbi təhsil müəssisəsini bitirmiş  zabit 10 il başa çatmamış xidmətdən imtina edərsə,  hər il üçün  hazırda mövcud 250 min dram (880 AZN) əvəzinə dövlətə 1 mln dram (3525AZN) ödəməlidir. Bir çox zabitlər yeni müqaviləni imzalamaqdan imtina ediblər.
 

1news.az

Paylaş:
1147

Son xəbərlər

Bütün xəbərlər