ABŞ-ın yeni səfiri Moskvaya gəlib | 1news.az | Xəbərlər
Dünya

ABŞ-ın yeni səfiri Moskvaya gəlib

09:57 - 02 / 10 / 2017
ABŞ-ın yeni səfiri Moskvaya gəlib

ABŞ-ın Rusiyadakı yeni səfiri Con Hantsman Moskvaya gəlib.

1news.az xəbər verir ki, bu barədə səfirliyin mətbuat katibi Mariya Olson məlumat verib.

“Səfir Hantsman və xanım Hantsman Rusiyaya xoş gəlmisiniz”, deyə o öz Twitter  səhifəsində yazıb.

Qeyd edək ki, ABŞ Senatı ötən həftə Yuta ştatının keçmiş qubernatoru olmuş Hantsmanın Moskvaya səfir göndəriməsini yekdilliklə dəstəkləyib. O, həmçinin ABŞ-ın Sinqapur və Çində səfiri olub.

Pərvanə Sultanova

Paylaş:
705

Son xəbərlər

Bütün xəbərlər