Neft Fondu “Azəri-Çıraq-Günəşli” layihəsindən 4,5 milyard dollar qazanıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2001-ci ilin əvvəlindən bu il oktyabrın 1-dək Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 126 milyard 683 milyon ABŞ dolları gəlir əldə edib.
ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindən 1news.az-a bildirilib ki, bu ilin yanvar-sentyabr aylarında isə AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 4 milyard 574 milyon dollar vəsait daxil olub.
1news.az
941