Bakıda avtomobillər suyun altında qaldı – VİDEO
Hava şəraitinin qəfil dəyişməsi və aramsız yağışların yağması ölkə ərazisində bir sıra problemlərə yol açıb.
Xüsusən də küçələri su basması nəticəsində həm piyadalar, həm də avtomobillər hərəkət etməkdə çətinlik çəkiblər. Hətta bəzi ərazilərdə suyun səviyyəsi o qədər yüksək olub ki, avtomobillər demək olar ki, suyun altında qalıblar. Sizə aşağıda təqdim etdiyimiz videomaterialdakı kimi.
Qeyd edək ki, sözügedən video Bakı-Sumqayıt yolunda, Masazır qəsəbəsinə girişin yaxınlığında çəkilib. Videodan göründüyü kimi, aramsız yağan yağış nəticəsində avtomobillər demək olar ki, suyun altında qalıblar.
Babək Cahandarov
702