Azərbaycan səfiri etimadnaməsini Boliviya prezidentinə təqdim edib
Azərbaycan Respublikasının Argentinadakı səfiri Rəşad Aslanov etimadnaməsini Boliviya Çoxmillətli Dövlətinin prezidenti Evo Morales Aymaya təqdim edib.
1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, mərasimdən sonra Azərbaycan səfiri ilə Boliviya Prezidenti arasında görüş olub.
Səfir R.Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Boliviya Prezidentinə çatdırıb.
Prezident E.Morales də öz növbəsində onun salamlarının və ən xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.
Azərbaycan səfiri Prezident E.Moralesə ölkəmiz haqqında ətraflı məlumat verib.
Görüşdə, həmçinin Azərbaycan ilə Boliviya arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Prezident E.Morales səfir R.Aslanova diplomatik fəaliyyətində uğurlar arzulayıb.
S.Xankişiyeva