AZAL yeni “Boeing 787 Dreamliner” və “Boeing 747-8 F” təyyarələri alacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

AZAL yeni “Boeing 787 Dreamliner” və “Boeing 747-8 F” təyyarələri alacaq

16:55 - 10 / 10 / 2017
AZAL yeni “Boeing 787 Dreamliner” və “Boeing 747-8 F” təyyarələri alacaq

"Azərbaycan Hava Yolları" QSC (AZAL) öz təyyarə parkını genişləndirir.

Hazırda 4 ədəd “Boeing 787 Dreamliner” və 2 ədəd “Boeing 747-8 F” tipli təyyarələrin alınması üzrə hazırlıq işləri aparılır.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bunu “Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov bu gün Bakıda keçirilən Caspian Air Cargo Summit 2017 VII Beynəlxalq konfransında deyib.

Cahangir Əsgərovun sözlərinə görə, bu təyyarələrin alınmasına dair müqavilələr bu ilin sonuna kimi imzalanacaq.

S.Xankişiyeva

Paylaş:
1139

Son xəbərlər

Bütün xəbərlər