Neftin qiyməti artmaqda davam edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Neftin qiyməti artmaqda davam edir

09:17 - 10 / 10 / 2017
Neftin qiyməti artmaqda davam edir

Dünya bazarlarında neftin qiyməti artmaqda davam edir.

1news.az-ın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,12 faiz artaraq 49,64 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,35 faiz artaraq 55,85 dollar olub.

Babək Cahandarov

Paylaş:
638

Son xəbərlər

Bütün xəbərlər