AŞPA-da Azərbaycanla bağlı hesabatlar üzrə iki qətnamə qəbul olunub | 1news.az | Xəbərlər
Siyasət

AŞPA-da Azərbaycanla bağlı hesabatlar üzrə iki qətnamə qəbul olunub

14:11 - 11 / 10 / 2017
AŞPA-da Azərbaycanla bağlı hesabatlar üzrə iki qətnamə qəbul olunub

AŞPA-da Azərbaycanla bağlı hesabatlar üzrə iki qətnamə qəbul olunub

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Belçikalı parlamentar Alen Desteksenin hazırladığı “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” hesabat üzrə 14397 saylı Qətnamə qəbul olunub.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, müzakirələr nətcəsində hesabata əlavə və dəyişikliklər edilib.

Qətnamənin qəbulunun lehinə 114, əleyhinə 24 nəfər səs verib.

Həmçinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) "Azərbaycanda demokratik təsisatların vəziyyəti" adlı hesabat üzrə  14403 saylı Qətnamə qəbul olunub.

Azərbaycanın öhdəliklərinə dair həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları hesabat üzrə Qətnamə 117 lehinə, 18 əleyhinə səslə qəbul edilib. 

S.Xankişiyeva

 

 

Paylaş:
601

Son xəbərlər

Bütün xəbərlər