“Azercell” abunəçilərinə müraciət edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Azercell” abunəçilərinə müraciət edib

14:26 - 11 / 10 / 2017
“Azercell” abunəçilərinə müraciət edib

“Azercell” şirkəti öz abunəçilərinə müraciət edib.

1news.az-ın verdiyi xəbərə görə, hazırda “Azercell” abunəçiləri tərəfindən Bakı şəhəri ərazisində 3G şəbəkəsinin səsli zəng xidmətlərində bəzi çətinliklər yaşanır:

“Bununla bağlı tövsiyə edirik ki, səsli zəng xidmətlərindən istifadə edərkən abunəçilərimiz 2G şəbəkəsinə keçsinlər”.

Bildirilib ki, 3G və 4G şəbəkəsində mobil internet xidmətlər tam gücü ilə olduğu kimi fəaliyyət göstərir.

“Ən yaxın saatlarda səs xidmətləri də bərpa ediləcək. Müvəqqəti narahatlığa görə üzr istəyirik”, - deyə şirkətdən bildirilib.

Reklam hüququnda

Paylaş:
677

Son xəbərlər

Bütün xəbərlər