İsrail YUNESKO-dan çıxmaq niyyətindədir | 1news.az | Xəbərlər
Dünya

İsrail YUNESKO-dan çıxmaq niyyətindədir

22:14 - 12 / 10 / 2017
İsrail YUNESKO-dan çıxmaq niyyətindədir

İsrailin baş naziri Binyamin Netanyahu XİN-ə ölkənin ABŞ-la birlikdə YUNESKO-dan çıxmasına dair göstəriş verib.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı hökumət rəhbərinin dəftərxanası yayıb.

Qeyd edək ki, ABŞ bundan əvvəl UNESСO-dan çıxdığını elan edib.

ABŞ Dövlət Departamenti bu barədə qərarı qurumun baş direktoru İrina Bokovaya bildirib.

Dövlət Departamentinin məlumatda bildirilir ki, ABŞ 31 dekabr 2018-ci ilə qədər UNESСO-da işinə davam edəcək, ondan sonrakı dövrdə isə sadəcə müşahidəçi missiyasını yerinə yetirəcək.

1news.az

Paylaş:
627

Son xəbərlər

Bütün xəbərlər