Novruz Məmmədov: “AŞPA-da oturanların bəziləri özlərini inkvizisiya məhkəməsinin üzvləri kimi aparır” | 1news.az | Xəbərlər
Siyasət

Novruz Məmmədov: “AŞPA-da oturanların bəziləri özlərini inkvizisiya məhkəməsinin üzvləri kimi aparır”

11:12 - 12 / 10 / 2017
Novruz Məmmədov: “AŞPA-da oturanların bəziləri özlərini inkvizisiya məhkəməsinin üzvləri kimi aparır”

“Uzun müddətdir ki, AŞPA bir qurum  kimi Azərbaycana münasibətdə haqsızlığı və qəddarlığı ilə təəccüb və təəssüf doğurur”.

 1news.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, PA-nın şöbə müdiri Novruz Məmmədov  öz “Twitter” səhifəsində yazıb.

N.Məmmədov qeyd edib: “Belə təəssürat yaranır ki AŞPA Avropanın maraqlarına yox, hansısa şəxslərin və dairələrin maraqlarına xidmət nümayiş etdirmək üçün çalışır. AŞPA-da oturanların bəziləri özlərini az qalsın inkvizisiya məhkəməsinin üzvləri kimi aparır və vəzifələrini cəza müəyyən etməkdə görürlər.

Məgər AŞPA-da belə siyasətin Avropanı hara gətirib çıxardığını görmürlər? Əgər AŞPA hesab edirsə ki, onun əsas missiyası tərəfdarlarına cəza müəyyən etməkdir, özünün heç bir öhdəliyi yoxdur, onda bu qurum kimə və nəyə lazımdır?..”

P.Sultanova

 

Paylaş:
525

Son xəbərlər

Bütün xəbərlər