Beş il "Taliban" girovluğunda qalan ailə xilas edildi - VİDEO | 1news.az | Xəbərlər
Dünya

Beş il "Taliban" girovluğunda qalan ailə xilas edildi - VİDEO

11:21 - 13 / 10 / 2017
Beş il "Taliban" girovluğunda qalan ailə xilas edildi - VİDEO

Pakistanda “Taliban” tereror qruplaşması tərəfindən girov götürülən Kanada vatandaşı Joshua Boyle, ABŞ vətəndaşı Caitlan Coleman və onların üç uşağı Pakistan ordusunun əməliyyatı nəticəsində azad ediliblər.

1news.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ABŞ prezidenti Donald Tramp və  dövlət katibi Reks Tillerson açıqlamalarında bu hadisəni təqdir ediblər. Tramp bildirib ki, ABŞ Pakistan hökuməti ilə birgə Boyle-Coleman ailəsini qurtarmasını təmin edib. Bu, ölkəmizin Pakistanla əlaqələrində müsbət bir addımdır.

Qeyd edək ki, ailə 2012-ci ildə turist kimi Əfqanıstana gəlib və “Taliban” qruplaşmasının yaraqlıları tərəfindən qaçırılıblar. Ailənin Pakistanın şimal-qərbində bir məntəqədən digərinə köçürülən zaman Pakistan ordusunun həyata keçirdiyi əməliyyat nəticəsində xilas edilib.

Onların son görüntüsü təxminən bir il əvvəl, ötən ilin dekabrında yayımlanıb. Ailə xilas olmaları üçün ABŞ və Kanada hökumətlərindən yardım istəyib.

P.Sultanova

 

Paylaş:
380

Son xəbərlər

Bütün xəbərlər