“Azercell”-in prezidenti qızıl medalla təltif olundu – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Azercell”-in prezidenti qızıl medalla təltif olundu – FOTO

12:25 - 13 / 10 / 2017
“Azercell”-in prezidenti qızıl medalla təltif olundu – FOTO

“Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev ölkədə fəaliyyət göstərən ən aparıcı şirkətlərdən birində səmərəli rəhbərlik fəaliyyətinin nəticəsi kimi daha bir mükafata layiq görülüb.

Şirkət prezidenti “Avropa Nəşr Mətbuat Evi” tərəfindən “Ən yaxşı vətənpərvər müəssisə rəhbəri” kimi qızıl medal və diplomla təltif olunub.  Mükafatı Vahid Mürsəliyevə “Avropa Nəşr Mətbuat Evi”-nin rəhbəri, Əlyazmalar İnstitutunun elmi işçisi, Qarabağ müharibəsi veteranı, jurnalist və yazıçı Şöhrət Səlimbəyli təqdim edib. 

Ş.Səlimbəyli “Azercell”-in Azərbaycanın rabitə sektorunun inkişafına verdiyi töhfələrdən, həyata keçirdiyi uğurlu layihələrin əhəmiyyətindən söz açıb. Vahid Mürsəliyev də öz növbəsində mükafata layiq görüldüyünə görə Şöhrət Səlimbəyliyə öz minnətdarlığını bildirib:

“Azercell” fəaliyyətə başladığı gündən abunəçilərinə yüksək keyfiyyətli xidmət göstərməyi qarşısına məqsəd qoyub. Bu 21 il ərzində biz hər zaman müştəri məmnuniyyətini üstün tutduq və bu keyfiyyətimiz bizi Azərbaycan rabitə bazarının lider mobil operatoru etdi. Təqdim etdiyiniz bu mükafatda 4,5 milyonluq abunəçiyə xidmət göstərən bütün “Azercell” ailəsinin payı var”.

Məlumat üçün bildirək ki, “Avropa Nəşr Mətbuat Evi”nin mükafatçıları sırasında  Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, əməkdar incəsənət xadimi, professor Çingiz Fərzəliyev; Azərbaycan Milli Elmlər Akademiyası  Genetik Ehtiyatlar İnstitutunun elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Gövhər Rasizadə, “Respublika” qəzetinin baş redaktoru, filologiya elmləri doktoru, professor Teymur Əhmədov, AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun İqlim və Aqroiqlimşünaslıq şöbəsinin müdiri, Coğrafiya elmləri üzrə fəlsəfə doktoru Xəyyam Rəhimov, AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, Naxçıvan Dövlət Universitetinin Memarlıq və Mühəndislik fakültəsinin dekanı, texnika üzrə elmlər doktoru Cavanşir Zeynalov və digər tanınmış elm və mədəniyyət xadimləri var.

Qeyd edək ki, Vahid Mürsəliyev 2015-ci ildən etibarən “Azercell Telekom” MMC-nin prezidenti vəzifəsinə təyin edilib. O, Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının üzvü və Beynəlxalq Ekoenergetika Akademiyasının doktoru və Birləşmiş Millətlər Təşkilatı nəzdində fəaliyyət göstərən Beynəlxalq Rabitə Akademiyasının akademikdir. O, “Azercell Telekom” MMC-nin prezidenti kimi həm yerli, həm də beynəlxalq qurumlar tərəfindən müxtəlif mükafatlara layiq görülüb. Onların arasında “The Business Year” dərgisindən “İlin şirkət rəhbəri” titulunu da xüsusi vurğulamaq olar.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz       

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan “Azercell”-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər “Azercell”-in xidmətlərinə seçir.

Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən “Azercell Ekspres” ofisləri, mobil elektron xidməti “Asan İmza” və s.

2012-ci ildə “Azercell” ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan “Global Wireless Solutions” şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən “Azercell” şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.

Reklam hüququnda

Paylaş:
989

Son xəbərlər

Bütün xəbərlər