Yaqub Mahmudov: “Əsas məqsədimiz saxta erməni təbliğatının qarşısını almaqdır” | 1news.az | Xəbərlər
Cəmiyyət

Yaqub Mahmudov: “Əsas məqsədimiz saxta erməni təbliğatının qarşısını almaqdır”

13:03 - 16 / 10 / 2017
Yaqub Mahmudov: “Əsas məqsədimiz saxta erməni təbliğatının qarşısını almaqdır”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və Tətbiqi Tədqiqatlar Fondunun birgə təşkilatçılığı ilə “Regionda münaqişələrin gücləndiyi şəraitdə Azərbaycanın milli maraqlarının qorunmasının aktual problemləri” mövzusunda seminar keçirilib.

1news.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilən tədbirdə Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, regionda münaqişələrin gücləndiyi şəraitdə milli dəyərlərin, milli maraqların və mənafelərin qorunması son dərəcə önəmlidir:

“Bu gün dünya ictimaiyyətinin bəzi dairələrinin bizim həqiqətləri görmək istəməməsi alimlərimizi narahat edir. Azərbaycan tarixçilərinin əsas məqsədi real tariximizi dünya ictimaiyyətinə çatdırmaq və saxta erməni təbliğatının qarşısını almaqdır”.

 İnstitut direktoru deyib ki, dünya bu gün son dərəcə mürəkkəb və olduqca təhlükəli qarşıdurmalarla üz-üzədir: “Dünyanın müxtəlif qüvvələri tərəfindən müsəlman dünyasında bilərəkdən qarşıdurmalar yaradılır. Terrorun İslamla əlaqələndirilməsinin əleyhinəyik. Xristian dünyasında da yüzlərlə terror təşkilatı var. Amma açıq-aşkar islamofobiya siyasəti yeridilir”.

Tədbirdə Tətbiqi Tədqiqatlar Fondunun sədri İbrahim Əliyevin “Müasir dövrdə Azərbaycanın regional problemlərin həllində fəaliyyəti”, Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramovun “Regionda terrorun təzahürləri: onların səbəbləri və başlıca hədəfləri” və Tarix İnstitutunun şöbə müdiri Ədalət Qasımovun “Müasir dövrdə “islam həmrəyliyi”nin aktual problemləri” mövzusunda məruzələri dinlənilib.

Bildirilib ki, müasir dövrdə bəşəriyyətin başlıca bəlalarından birinə çevrilmiş terrorizmin bir sıra dövlətlər tərəfindən dəstəklənməsi böyük təhlükədir: “Dövlətimizin suverenliyi və təhlükəsizliyini qorumaq, milli maraqlarımızın müdafiəsinə çalışmaq hər kəs üçün əsas meyar olmalıdır”.

P.Sultanova

 

 

Paylaş:
490

Son xəbərlər

Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57Təkrar sertifikasiyadan keçən müəllimlərin sayı açıqlandıBu gün, 14:47DİN Pentensiar Xidmətlə birgə əməliyyat keçirib, 1,6 kq heroin götürülübBu gün, 14:40Bakının 8 Noyabr prospektində asfaltlanma işləri yekunlaşır - FOTO - VİDEOBu gün, 14:18İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olubBu gün, 14:15Azərbaycan və Özbəkistan ikitərəfli əməkdaşlığın genişləndirilməsini dəyərləndiribBu gün, 13:58Azərbaycanda üç yeni peşə bayramı günü təsis edilib - SƏRƏNCAMBu gün, 13:37Bütün sosial ödənişlərin sabah yekunlaşdırılması nəzərdə tutulubBu gün, 13:16Müdafiə Nazirliyinin rəhbərliyi “ADEX” Beynəlxalq Müdafiə Sərgisinin açılış mərasimində iştirak edibBu gün, 13:07Sabah hava necə olacaq? - PROQNOZBu gün, 13:05Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilibBu gün, 12:44Ötən ay 191 176 nəfərə pensiya və müavinət ödənilibBu gün, 12:37Ağdamda istehsalat müəssisələrinin Azərbaycan iqtisadiyyatına təsirləri – “Bu, yeni ixrac imkanları deməkdir” - ŞƏRHBu gün, 12:31Azərbaycanın turizm imkanları Çində silsilə tədbirlərlə tanıdılıbBu gün, 12:09Beynəlxalq axtarışda olan altı nəfər Azərbaycana ekstradisiya edilibBu gün, 12:04Bu gün Əminə Yusifqızının doğum günüdürBu gün, 11:54FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:04Qızılın bahalaşması davam edirBu gün, 10:48
Bütün xəbərlər