“2016-cı İlin Alimi” və “2016-cı İlin Gənc Alimi” mükafat müsabiqəsinin nəticələri açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“2016-cı İlin Alimi” və “2016-cı İlin Gənc Alimi” mükafat müsabiqəsinin nəticələri açıqlanıb

13:24 - 16 / 10 / 2017
“2016-cı İlin Alimi” və “2016-cı İlin Gənc Alimi” mükafat müsabiqəsinin nəticələri açıqlanıb

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Ən Layiqli Alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində ilk dəfə olaraq keçirilmiş “2016-cı İlin Alimi” və “2016-cı İlin Gənc Alimi” mükafat müsabiqəsinin qaliblərinin təltif olunma mərasimi keçirilib. 

1news.az-ın məlumatına görə, mütəmadi olaraq keçirilməsi planlaşdırılan müsabiqə alimlərin, o cümlədən gənc alimlərin müxtəlif elm sahələri üzrə hər il əldə etdiyi elmi və elmi-təşkilati nailiyyətləri əsasında müsabiqə yolu ilə qiymətləndirilməsi və mükafatlandırılmasını nəzərdə tutur.

“2016-cı ilin alimi” mükafat müsabiqəsinin məqsədi Azərbaycanda 2016-cı ildə fəal elmi fəaliyyət göstərmiş, yüksək elmi nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə dərc olunmuş elmi məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad olunan, həmçinin və yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş alimlərin Elmin İnkişafı Fondu tərəfindən müəyyənləşdirilmiş və beynəlxalq standartlara uyğun meyarlar üzrə qiymətləndirilməsi və mükafatlandırılması olub.

Müsabiqənin nəticələrinə əsasən, “2016-cı ilin alimi" , “2016-cı ilin gənc alimi"  nominasiyaları üzrə 12 alim (8 alim “2016-cı ilin alimi”, 4 alim “2016-cı ilin gənc alimi”) qalib elan olunub.

Qaliblərdən 6-sı AMEA-nın müxtəlif institutlarını, digər 6 qalib isə Bakı Dövlət Universiteti (3 yer), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetini təmsil edir.

Müsabiqə nəticəsində Fizika, riyaziyyat və texnika elmləri üzrə 3, Kimya elmləri üzrə 4, Tibb, biologiya və aqrar elmləri üzrə 2, Humanitar və ictimai elmlər üzrə 3 alim qalib elan olunub.

Mükafat müsabiqəsinin ümumi maliyyələşdirilmə həcmi 32000 manatdır. “2016-cı ilin alimi” nominasiyası üzrə mükafatın həcmi 3000 manat, “2016-cı ilin gənc alimi” nominasiyası üzrə isə 2000 manat  təşkil edib.

Qaliblərə xüsusi hazırlanmış adlı medal və diplomlar təqdim olunub.

Babək Cahandarov

Paylaş:
457

Son xəbərlər

Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57Təkrar sertifikasiyadan keçən müəllimlərin sayı açıqlandıBu gün, 14:47DİN Pentensiar Xidmətlə birgə əməliyyat keçirib, 1,6 kq heroin götürülübBu gün, 14:40Bakının 8 Noyabr prospektində asfaltlanma işləri yekunlaşır - FOTO - VİDEOBu gün, 14:18İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olubBu gün, 14:15Azərbaycan və Özbəkistan ikitərəfli əməkdaşlığın genişləndirilməsini dəyərləndiribBu gün, 13:58Azərbaycanda üç yeni peşə bayramı günü təsis edilib - SƏRƏNCAMBu gün, 13:37Bütün sosial ödənişlərin sabah yekunlaşdırılması nəzərdə tutulubBu gün, 13:16Müdafiə Nazirliyinin rəhbərliyi “ADEX” Beynəlxalq Müdafiə Sərgisinin açılış mərasimində iştirak edibBu gün, 13:07Sabah hava necə olacaq? - PROQNOZBu gün, 13:05Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilibBu gün, 12:44Ötən ay 191 176 nəfərə pensiya və müavinət ödənilibBu gün, 12:37Ağdamda istehsalat müəssisələrinin Azərbaycan iqtisadiyyatına təsirləri – “Bu, yeni ixrac imkanları deməkdir” - ŞƏRHBu gün, 12:31Azərbaycanın turizm imkanları Çində silsilə tədbirlərlə tanıdılıbBu gün, 12:09Beynəlxalq axtarışda olan altı nəfər Azərbaycana ekstradisiya edilibBu gün, 12:04Bu gün Əminə Yusifqızının doğum günüdürBu gün, 11:54FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:04Qızılın bahalaşması davam edirBu gün, 10:48
Bütün xəbərlər