Avtomobil qəzaları Ermənistan ordusunun axırına çıxacaq | 1news.az | Xəbərlər
Ermənistan

Avtomobil qəzaları Ermənistan ordusunun axırına çıxacaq

13:55 - 16 / 10 / 2017
Avtomobil qəzaları Ermənistan ordusunun axırına çıxacaq

2017-ci il ərzində Ermənistan ordusunun hərbi qulluqçuları tərəfindən törədilən avtomobil qəzalarının sayı durmadan artır.

1news.az-ın armiya.az-a istinadən verdiyi xəbərə görə, son 3 avtoqəza hadisəsi zamanı 7 Ermənistan hərbçisi müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib.

Ermənistanın Yexeqnadzor şəhərində avtomobil qəzasına düşən 9-cu motoatıcı alayın zabiti Mkrtç Qaramanyan mülki xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir. Başqa bir alayın zabiti Artur Hakopyanın isə avtomobil qəzası zamanı ayağı sınıb. Həkimlərin dediyinə görə ayağına gips qoyulan zabit uzun müddət xidmətə çıxa bilməyəcək.

Daha bir avtomobil qəzası zamanı biri ağır olmaqla 5 hərbi qulluqçu müxtəlif xəsarətlər alıb. Əlahiddə dağatıcı taboruna məxsus UAZ markalı avtomobil işğal olunmuş Aterk yaşayış məntəqəsinin yaxınlığında ağır yol-nəqliyyat hadisəsi törədib.

Qəzada 1977-ci il təvəllüdlü Haykuş Asaturovanın ayağı sınıb və kəllə-beyin travması alıb, 1983-ci il təvəllüdlü Edqar Vardanyan isə ayağından zədə alıb. Həmçinin kəllə beyin travması alan 1950-ci il təvəllüdlü  Martik Abelyan və 1969-cu il təvəllüdlü Avedik Movsesyana da hərbi hissənin tibb məntəqəsində ilkin tibbi yardım göstərilib. 1959-cu il təvəllüdlü Qaregin Hovsenyan isə qanaxmadan ölməsin deyə təcili yardımla şəhər xəstəxanasına çatdırılıb. 

Ermənistan mətbuatının və sosial şəbəkələrin monitorinqi göstərir ki, bu ilin 9 ayı ərzində avtoqəza nəticəsində düşmən ordusunun 5 hərbi qulluqçusu ölüb, 54 nəfəri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Avtoqəza zamanı əlil olan hərbi qulluqçular da az deyil. Belə hadisələr zamanı ermənistanlı valideynləri ən çox narahat edən məsələ ailələrin dövlət tərəfindən heç bir yardım ala bilməmələridir.

Valideynlərin çoxsaylı şikayətlərinə əsas səbəb isə komandirlər tərəfindən digər cinayət hadisələrinin də avtomobil qəzası kimi sənədləşdirilməsidir. Bu da təbii ki, hərbçilərə və onların valideynlərinə müavinətlərin ödənilməsi və sığortaların alınması yolunu avtomatik bağlamış olur.

Babək Cahandarov

Paylaş:
647

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər