Bolqarıstanın Universitet Rektorları Şurasının sədri Bakı Ali Neft Məktəbində | 1news.az | Xəbərlər
Cəmiyyət

Bolqarıstanın Universitet Rektorları Şurasının sədri Bakı Ali Neft Məktəbində

17:25 - 16 / 10 / 2017
Bolqarıstanın Universitet Rektorları Şurasının sədri Bakı Ali Neft Məktəbində

Bolqarıstanda Universitet Rektorları Şurasının sədri  və eyni zamanda İvan Rilski adına Dağ-Mədən və Geologiya Universitetinin rektoru Lyuben Totev  və Bolqarıstanın Azərbaycandakı səfirliyinin Konsulluq bölməsinin rəhbəri Kiril Apostolov Bakı Ali Neft Məktəbinin (BANM) qonağı olub.

1news.az-ın məlumatına görə, universitetlər arası əməkdaşlığın və dostluğun yaradılması məqsədilə təşkil olunan görüşdə BANM-in tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov qonaqları Ali Məktəbin strukturu, fəaliyyəti və qısa müddətdə əldə etdiyi nailiyyətləri  ilə tanış edib.

Prof. Lyuben Totev BANM-də təhsil alan tələbələrin bilik səviyyələrinin statistik göstəriciləri ilə maraqlanaraq bu nəticələri çox yüksək qiymətləndirib.

BANM və onun fəaliyyətinə böyük maraq göstərən qonaqlar gələcəkdə yarana biləcək birgə əməkdaşlığın müxtəlif  sahələrindən danışıb.

Göruşun sonunda qonaqlar Ali Məktəbi gəzərək onun fəaliyyətilə daha yaxından tanış olublar.

Babək Cahandarov

Paylaş:
404

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər