Xasavyurtdan 2 qızıl, 1 gümüş və 1 bürünc medal
Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə sayca 9-cu “Qitələrarası Kubok” beynəlxalq turniri keçirilib.
Azərbaycan Güləş Federasiyasından 1news.az-a verilən məlumata görə, güləşçilərimiz turniri 2 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub.
65 kq-da yarışan Ağahüseyn Mustafayev və 97 kq-da mübarizə aparan Aslanbek Alborov bütün rəqiblərindən üstün olub və turnirin baş mükafatına layiq görülüb.
Yalnız final görüşündə uduzan Cəmaləddin Məhəmmədov (125 kq) gümüş medalla kifayətlənib.
Bürünc medalı isə yığmamıza 125 kq çəkidə mübarizə aparan digər təmsilçimiz Səid Həmidov qazandırıb.
Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakimlər Qərib Əliyev, Vaqif Zeynallı, Asif Şirəliyev və Sədi Quliyev təmsil edib.
1news.az