Avropa İttifaqının Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi təyin edilib | 1news.az | Xəbərlər
Siyasət

Avropa İttifaqının Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi təyin edilib

09:27 - 16 / 10 / 2017
Avropa İttifaqının Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi təyin edilib

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndə təyin edib.

1news.az “agenda.ge” saytına istinadən xəbər verir ki, Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsinin qərarı ilə bu vəzifəyə estoniyalı diplomat Toivo Klaar təyin olunub.

O, 2013-2014-cü illərdə Gürcüstanda Avropa İttifaqı Monitorinq Missiyasına rəhbərlik edib.

Bundan əvvəl isə Avropa Xarici Fəaliyyət Xidmətində (EEAS) insan resursları siyasəti və koordinasiya şöbəsinin rəhbəri

Avropa Komissiyasının 2005-2010-cu illərdə Estoniyadakı nümayəndəliyinin ilk rəhbəri olub.

Klaar Harvard Universitetinin Con F. Kennedi hökumət məktəbindən dövlət idarəçiliyi üzrə magistr dərəcəsi alıb.

O, yeni vəzifəsində Herbert Salberı əvəz edəcək.

P.Sultanova

Paylaş:
494

Son xəbərlər

Bütün xəbərlər