SAM-ın direktoru Fərhad Məmmədov Soçidə səfərdədir | 1news.az | Xəbərlər
Siyasət

SAM-ın direktoru Fərhad Məmmədov Soçidə səfərdədir

10:16 - 16 / 10 / 2017
SAM-ın direktoru Fərhad Məmmədov Soçidə səfərdədir

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin(SAM) direktoru Fərhad Məmmədov “Valday” beynəlxalq diskussiya klubunun 16-19 oktyabr tarixlərində keçirilən “Yaradıcı destruksiya: Mövcud münaqişələrdən yeni dünya nizamı meydana gəlir?” mövzusundakı XIV illik iclasında iştirak etmək məqsədilə Soçidə səfərdədir .

1news.az-a SAM-dan verilən məlumata görə, “Valday” klubunun Rusiya və digər regionlardan olan ekspert və ictimai-siyasi xadimlərin, dövlət rəsmilərinin iştirakı ilə keçirilən bu ilki görüşündə dünyanın geosiyasi mənzərəsindəki münaqişələrə, eləcə də varlı və kasıb təbəqə, insan və təbiət, universallıq və mənsubiyyət, inkişaf və humanizm arasıdakı toqquşmalara dair mövzular müxtəlif rakurslardan analiz ediləcək.

İclas “Gələcəyin Dünyası: Münaqişədən harmoniyaya keçid” mövzusundakı plenar sessiya ilə başa çatacaq.

 P.Sultanova

 

 

Paylaş:
647

Son xəbərlər

Bütün xəbərlər