Dubayda Wi-Fi və USB portları ilə təchiz edilmiş ilk “ağıllı” köşklər qoyulub
“Arabian Business” nəşri Dubay polisinin rəsmi məlumatına istinadla bildirir ki, Əmirliyin bəzi rayonlarındakı yerli polis məntəqələrinin yaxınlığında Wi-Fi və USB portları ilə təchiz edilmiş ilk “ağıllı” köşklər qoyulub.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, burada hər bir skamya günəş batareyalarından qidalandırılan iki cərəyandoldurma stansiyası və bir 4G marşrutizatoru ilə təchiz olunub. Bundan əlavə, hava çox qızmar olduqda bu skamyaların oturacaqları avtomatik olaraq soyudulur, qaranlıqda isə işıqlanır. Köşklərdə polis haqqında və hava şəraiti barədə məlumat almaq mümkün olacaq.
Dubayda həyata keçirilən “ağıllı şəhər” təşəbbüsü çərçivəsində Əmirliyin bütün ərazisində polis məntəqələrinin yaxınlığında belə köşklərin sayı artırılacaq.
1news.az