Pakistanda "Əli və Nino" filminin premyerası keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Pakistanda "Əli və Nino" filminin premyerası keçirilib

15:24 - 17 / 10 / 2017
Pakistanda "Əli və Nino" filminin premyerası keçirilib

Azərbaycanın Pakistandakı səfirliyinin təşkilatçılığı ilə İslamabad şəhərində ilk dəfə olaraq “Əli və Nino” filminin premyerası təşkil olunub.

Səfirlikdən 1news.az-a verilən məlumata görə, Pakistan Milli İncəsənət Şurasının zalında keçirilən mərasimdə Pakistan xarici işlər nazirin müavini, xarici işlər katibi vəzifəsini icra edən Eytizaz Əhməd, xarici ölkələrin Pakistandakı səfirləri, diplomatlar, Azərbaycanın Pakistandakı səfirliyinin əməkdaşları, media mənsubları, incəsənət xadimləri, şəhər ictimaiyyətin nümayəndələri və tələbələr iştirak ediblər.

Premyera iştirakçılarını salamlayan Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə filmin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi əsasında ərsəyə gəldiyini, onun eyni zamanda filmin icraçı prodüseri olduğunu bildirib. Səfir filmin maraqlı məqamları haqqında məlumat verərək filmin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsi və 1918-ci ildə ilk Azərbaycan Demokratik Respublikasının yaranmasından bəhs etdiyini vurğulayıb.

Ə.Əlizadə həmin dövrdə Azərbaycan xalqı tərəfindən yaradılan tarixin millətimizin yaddaşından silinmədiyini və uzun zaman sonra qəhrəman Azərbaycan xalqının öz müstəqilliyini yenidən bərpa etdiyini diqqətə çatdırıb. Səfir Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümü günü ərəfəsində “Əli və Nino” filminin premyerasının Pakistanda keçirilməsinin sevindirici olduğunu, bu 26 il ərzində dost və qardaş Pakistanla əlaqələrin daim inkişaf etdiyini və möhkəmləndiyini qeyd edib.

Səfir filmin digər maraqlı məqamlarına da toxunaraq, 1918-ci ildə Şərqdə ilk demokratik müsəlman dövləti Azərbaycan Demokratik Respublikasının yaranması ərəfəsində azərbaycanlı, müsəlman Əli ilə xristian Nino arasında yaranan sevginin, həmçinin onların müstəqil Azərbaycan uğrunda birlik və həmrəylik nümayiş etdirməsinin filmdə mükəmməl şəkildə təsvir edildiyini diqqətə çatdırıb. Səfir aralarındakı dini və etnik fərqliliyə baxmayaraq, Əli və Ninonun çətinliklərə sinə gərərək ailə qurmasının, Azərbaycan xalqının birlik, həmrəylik və tolerantlıq mədəniyyətinin təcəssümü olduğunu vurğulayıb, iştirakçıların filmdən zövq alacağından əminliyini bildirib.

Tədbirin əsas qonağı qismində çıxış edən Pakistan xarici işlər nazirin müavini, xarici işlər katibi vəzifəsini icra edən Eytizaz Əhməd filmin premyerası və Azərbaycanın müstəqilliyinin bərpasının 26-cı ildönümü münasibətilə Azərbaycan dövləti və xalqını təbrik edib, Pakistanın Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən olduğunu, hər iki dost və qardaş ölkə arasında səmimi və dərin münasibətlərin bərqərar olunduğunu ifadə edib. Eytizaz Əhməd ötən 26 ildə Azərbaycanın siyasi, iqtisadi, sosial və mədəni sahədə xeyli tərəqqi əldə etdiyini, Prezident İlham Əliyevin müdrik siyasəti, çalışqanlığı və Azərbaycan xalqının səyləri nəticəsində müstəqilliyin daha da möhkəmləndiyini bildirib.

Çıxışlardan sonra “Əli və Nino” filminin premyerası keçirilib və film tamaşaçılar tərəfindən xüsusi maraqla izlənilib. Filmin müxtəlif epizodları – gənclərin çətinlikləri dəf edərək bir-birinə qovuşması, azərbaycanlıların öz vətənlərinin müdafiəsi uğrunda mübarizəyə qalxması, xüsusilə də cox sevdiyi ailəsini belə müstəqillik yolunda fəda edən Əlinin şəhid olması səhnələri iştirakçıları xeyli duyğulandırıb. Filmin cari il və növbəti il ərzində Pakistanın bir sıra digər şəhərlərinin kinoteatrlarında da nümayiş etdirilməsi nəzərdə tutulub.

1news.az

Paylaş:
404

Son xəbərlər

Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57Təkrar sertifikasiyadan keçən müəllimlərin sayı açıqlandıBu gün, 14:47DİN Pentensiar Xidmətlə birgə əməliyyat keçirib, 1,6 kq heroin götürülübBu gün, 14:40Bakının 8 Noyabr prospektində asfaltlanma işləri yekunlaşır - FOTO - VİDEOBu gün, 14:18İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olubBu gün, 14:15Azərbaycan və Özbəkistan ikitərəfli əməkdaşlığın genişləndirilməsini dəyərləndiribBu gün, 13:58Azərbaycanda üç yeni peşə bayramı günü təsis edilib - SƏRƏNCAMBu gün, 13:37Bütün sosial ödənişlərin sabah yekunlaşdırılması nəzərdə tutulubBu gün, 13:16Müdafiə Nazirliyinin rəhbərliyi “ADEX” Beynəlxalq Müdafiə Sərgisinin açılış mərasimində iştirak edibBu gün, 13:07Sabah hava necə olacaq? - PROQNOZBu gün, 13:05Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilibBu gün, 12:44Ötən ay 191 176 nəfərə pensiya və müavinət ödənilibBu gün, 12:37Ağdamda istehsalat müəssisələrinin Azərbaycan iqtisadiyyatına təsirləri – “Bu, yeni ixrac imkanları deməkdir” - ŞƏRHBu gün, 12:31Azərbaycanın turizm imkanları Çində silsilə tədbirlərlə tanıdılıbBu gün, 12:09Beynəlxalq axtarışda olan altı nəfər Azərbaycana ekstradisiya edilibBu gün, 12:04Bu gün Əminə Yusifqızının doğum günüdürBu gün, 11:54FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:04Qızılın bahalaşması davam edirBu gün, 10:48
Bütün xəbərlər