Köhnə yarımtikilidə külli miqdarda zərərli maddə aşkar olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Köhnə yarımtikilidə külli miqdarda zərərli maddə aşkar olunub

16:53 - 17 / 10 / 2017
Köhnə yarımtikilidə külli miqdarda zərərli maddə aşkar olunub

Astara rayonunda köhnə yarımtikilidə külli miqdarda güclü təsir edən maddə aşkar olunub.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsi və Astara Gömrük İdarəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində, Astara şəhərində Azərbaycan Respublikasının vətəndaşına məxsus həyətin kənarında yerləşən, yaşayış sahəsi olmayan köhnə yarımtikilidə ümumi sayı 9028 ədəd olan “Tramadol” adlı dərman preparatı aşkar edilib.

Qeyd edək ki, “Tramadol” Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli müvafiq qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdarının Siyahısı”na daxildir.

Aşkar olunan 9028 ədəd “Tramadol”un təsiredici maddəsinin ümumi miqdarı 1819,6 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Babək Cahandarov

Paylaş:
458

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər