Rusiyada ayı Böyük Vətən müharibəsi veteranını öldürdü – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Rusiyada ayı Böyük Vətən müharibəsi veteranını öldürdü – VİDEO

17:42 - 17 / 10 / 2017
Rusiyada ayı Böyük Vətən müharibəsi veteranını öldürdü – VİDEO

Rusiyanın Voronej vilayətində ayı insanlara hücum edib.

1news.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə yaşayış ərazisində baş verib. Belə ki, nəhəng ayı saxlanıldığı qəfəsi qıraraq 87 yaşlı Böyük Vətən müharibəsi veteranını öldürüb. Sonra sahibinə hücum edən heyvan onu ağır yaralayıb.

Hadisə yerinə gələn polislər 300 kq-lıq heyvanı 9 dəfə atəş açdıqdan sonra zərərsizləşdirə biliblər.

Faktla bağlı araşdırma aparılır.

Babək Cahandarov

Paylaş:
2856

Son xəbərlər

Bütün xəbərlər