Nərimanov və Nəsimi rayonlarının bir hissəsi susuz qalıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Nərimanov və Nəsimi rayonlarının bir hissəsi susuz qalıb

19:46 - 17 / 10 / 2017
Nərimanov və Nəsimi rayonlarının bir hissəsi susuz qalıb

Bakının Nərimanov və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilə yaranıb.

1news.az-ın xəbərinə görə, bu barədə “Azərsu” ASC-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, buna səbəb 500 mm-lik magistral kəmərdə baş vermiş qəzadır.

Hazırda Bakı Sukanal və Nərimanov Sukanal idarələrinin əməkdaşları hadisə yerində işləyir. 

1news.az

Paylaş:
477

Son xəbərlər

Bütün xəbərlər