Dünyanın ən bahalı zeytun yağı satıldı - FOTO
İzmirin Seferihisar bələdiyyəsi ərazidəki ən yaşlı zeytun ağacından alınan zeytun yağı hərraca çıxarılıb.
1news.az “cnnturk”ə istinadla xəbər verir ki, Teos Antik qəsəbəsindən 1800 illik zeytun ağacından əldə edilən yarım litrlik yağ hərracda 22 min lirəyə satılıb.
Bələdiyyənin ərazidə apardığı araşdırmalar nəticəsində 500 və daha çox yaşı olan 200 zeytun ağacı müəyyən edilib. Xüsusi olaraq toplanan zeytunlar bələdiyyənin zeytun fabrikində ənənəvi üsullarla sıxılıb. Nəticədə alınan bu yağlar ikinci dəfə keçirilən hərracda satılıb.
Teos Antik qəsəbəsindəki 1800 yaşındakı zeytun ağacının kölgəsində təşkil edilən hərracda ümumilikdə 137 litr yağ 49 min 200 lirəyə satılıb. Hərracın sonunda, 1800 yaşındakı tarixi ağacdan alınan yarım litr zeytun yağı xüsusi şüşədə ayrıca hərraca çıxarılıb və Şah Tuğrul İnşaat şirkətinin sahibi Şah Tuğrul tərəfindən 22 min lirəyə alınıb.
1news.az