“Azəravtoyol” sürücülərə xəbərdarlıq edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Azəravtoyol” sürücülərə xəbərdarlıq edib

12:00 - 18 / 10 / 2017
“Azəravtoyol” sürücülərə xəbərdarlıq edib

“Azəravtoyol” ASC tərəfindən nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol-cizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri davam etdirilir.

1news.az-ın ASC-yə istinadən verdiyi xəbərə görə, bu gün saat 10:00-dan etibarən Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 11-71-ci kilometrlik hissəsində (hər iki istiqamət) üfüqi nişanlanma xətlərinin yenidən çəkilişi işlərinə başlanılıb.

Adıçəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq sürücülərdən sözügedən ərazidə diqqətli olmaları xahiş olunur.

Babək Cahandarov

Paylaş:
641

Son xəbərlər

Bütün xəbərlər