Elmar Qasımov Orta Doğu Texniki Universitetinin rektoru ilə görüşüb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Elmar Qasımov Orta Doğu Texniki Universitetinin rektoru ilə görüşüb – FOTO

16:08 - 19 / 10 / 2017
Elmar Qasımov Orta Doğu Texniki Universitetinin rektoru ilə görüşüb – FOTO

Bakı Ali Neft Məktəbinin (BANM)  rektoru Elmar Qasımov Türkiyə Respublikasının Orta Doğu Texniki Universitetinə (ODTU) səfər edib.

1news.az-ın məlumatına görə, BANM-in Ümumi işlər üzrə prorektoru Rəşad Həsənovun da iştirak etdiyi səfərdə Elmar Qasımov və ODTU-nin rektoru professor Mustafa Verşan Kök, prorektorlar professor Dilək Sanin, professor Mehmet Zeyrək, professor Meleha Altunışıq arasında görüş keçirilib. Görüşdə iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

Görüşdə tərəflər arasında ODTU-nin Elektrik Elektronika Mühəndisliyi və Kompüter Mühəndisliyi ixtisaslarının əsasında BANM-də eyni adlı ixtisasların açılması haqda razılıq əldə edilib.

Səfər zamanı həmçinin təhsil müəssisələri arasında ikili diplomun verilə biləcəyi imkanları müzakirə olunub. Rektor Elmar Qasımov bu məqsədlə ODTU-nun rektoru prof. Mustafa V.Kökü yaxın zamanda  BANM-ə dəvət edib.

Səfər BANM və ODTU tələbələri arasında mübadilə proqramının həyata keçirilməsi işlərinin başlanmasına təkan verib. ODTU-nun rəhbərliyi BANM-in fəaliyyətini və qısa müddətdə əldə etdiyi uğurları yüksək qiymətləndirərək Ali Məktəbə böyük marağı olduğunu vurğulayıb.

Babək Cahandarov

Paylaş:
488

Son xəbərlər

Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57Təkrar sertifikasiyadan keçən müəllimlərin sayı açıqlandıBu gün, 14:47DİN Pentensiar Xidmətlə birgə əməliyyat keçirib, 1,6 kq heroin götürülübBu gün, 14:40Bakının 8 Noyabr prospektində asfaltlanma işləri yekunlaşır - FOTO - VİDEOBu gün, 14:18İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olubBu gün, 14:15Azərbaycan və Özbəkistan ikitərəfli əməkdaşlığın genişləndirilməsini dəyərləndiribBu gün, 13:58Azərbaycanda üç yeni peşə bayramı günü təsis edilib - SƏRƏNCAMBu gün, 13:37Bütün sosial ödənişlərin sabah yekunlaşdırılması nəzərdə tutulubBu gün, 13:16Müdafiə Nazirliyinin rəhbərliyi “ADEX” Beynəlxalq Müdafiə Sərgisinin açılış mərasimində iştirak edibBu gün, 13:07Sabah hava necə olacaq? - PROQNOZBu gün, 13:05Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilibBu gün, 12:44Ötən ay 191 176 nəfərə pensiya və müavinət ödənilibBu gün, 12:37Ağdamda istehsalat müəssisələrinin Azərbaycan iqtisadiyyatına təsirləri – “Bu, yeni ixrac imkanları deməkdir” - ŞƏRHBu gün, 12:31Azərbaycanın turizm imkanları Çində silsilə tədbirlərlə tanıdılıbBu gün, 12:09Beynəlxalq axtarışda olan altı nəfər Azərbaycana ekstradisiya edilibBu gün, 12:04Bu gün Əminə Yusifqızının doğum günüdürBu gün, 11:54FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:04Qızılın bahalaşması davam edirBu gün, 10:48
Bütün xəbərlər