100 nəfəri zəhərləyən erməninin həbsolunma anı - VİDEO
Sosial şəbəkələrdə Moskvada 100 nəfərin zəhərlənməsində şübhəli bilinən erməni taksi sürücüsünün həbs olunma videosu yayılıb.
1news.az xəbər veir ki, Moskvanın Ostankino Məhkəməsi dünən 29 yaşlı ındakı Vaaqna Karapetyanı sağlamlığa ciddi ziyan vurmaq və soyğunçuluq ittihamları ilə həbs edib.
İstintaq müəyyən edib ki, V. Karapetyan 2015-ci ildən fərdi şəkildə taksi fəaliyyəti ilə məşğul olub. O, müxtəlif səbəblərlə müştərilərinə içinə psixotrop maddələr qatdığı mineral su təklif edirmiş. Müştərilər zəhərləndikdən sonra taksi sürücüsü onların bahalı əşyalarını götürürmüş.
Taksi sürücüsünün zəhərlədiyi sərnişinlərindən biri ölüb. Onun yaşadığı mənzildə axtarış aparılan zaman çoxlu sayda mobil telefon, 100-dən çox qol saatı, eləcə də güclü təsirə malik psixotrop preparatlar aşkarlanıb.
Ostankino məhkəməsi taksi sürücüsü barədə 1,5 ay müddətinə həbs cəzası təyin edib.
1news.az