88 yaşlı qadın soyqırımı inkara görə həbs edilib | 1news.az | Xəbərlər
Dünya

88 yaşlı qadın soyqırımı inkara görə həbs edilib

12:05 - 19 / 10 / 2017
88 yaşlı qadın soyqırımı inkara görə həbs edilib

Almaniyada yəhudilərə qarşı soyqırım faktını inkar edən 88 yaşlı Ursula Haverbeck altı ay həbs cəzası verilib.

1news.az “hurriyet”ə istinadla xəbər verir ki, o, İkinci Dünya müharibəsi zamanı yəhudilərin qətli və soyqırıma məruz qalmasını inkar edən video yaydığı üçün həbs cəzası alıb.

Almaniya mətbuatının yazdığına görə, Haverbeck daha əvvəl  Şimali Reyn Vestfaliya əyalətində eyni cinayət səbəbindən daha əvvəl 10 ay həbs cəzasına məhkum edilib.

Almaniyada yəhudi soyqırımını inkara görə beş ilədək həbs cəzası nəzərdə tutulur.

1news.az

Paylaş:
525

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər