Moldova məhkəmə infrastrukturunun yaradılması sahəsində Azərbaycanın müsbət təcrübəsi ilə maraqlanır - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Moldova məhkəmə infrastrukturunun yaradılması sahəsində Azərbaycanın müsbət təcrübəsi ilə maraqlanır - FOTO

15:07 - 20 / 10 / 2017
Moldova məhkəmə infrastrukturunun yaradılması sahəsində Azərbaycanın müsbət təcrübəsi ilə maraqlanır - FOTO

Moldova Respublikası ədliyyə naziri Avropa Şurasına müraciət edərək məhkəmə infrastrukturunun yaradılması sahəsində Azərbaycanın müsbət təcrübəsi ilə maraqlanıb.

1news.az "Report"a  istinadən xəbər verir ki, Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) Vitse-prezidenti, azərbaycanlı hakim Ramin Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropa standartları və vətəndaşların məhkəmələrə əlçatanlığı barədə təqdimatı aparmaq məqsədilə Kişinev şəhərinə səfər edib.

Məlumata görə, Moldova hökumətinin məhkəmələrin yenidən qurulması və müasir məhkəmə infrastrukturunun yaradılmasında Azərbaycanın müsbət təcrübəsində maraqlı olmasını nəzərə alaraq, Azərbaycan nümayəndə heyəti ölkədə məhkəmə binalarının təşkili və vətəndaşlar üçün əlçatan olması barədə, xüsusilə də planlaşdırma, tikinti, təchizat və məhkəmənin yeni binalarının fəaliyyəti ilə bağlı geniş təqdimat keçirib və bu sahədəki təcrübəsini moldovalı həmkarları ilə paylaşıb.

 

 Ali məhkəmənin sədri, cənab Mixay Poalelunqi (solda), CEPEJ Vitse Prezidenti, cənab Ramin Qurbanov (sağda)

Nümayəndə heyəti həmçinin yenicə genişləndirilən və təmir edilən Kişineu Apellyasiya Məhkəməsinin binasına baş çəkib.

Bu missiyanın nəticələri moldovalı həmkarlar tərəfindən yüksək qymətləndirilib.

Eyni zamanda səfər zamanı R.Qurbanov Vitse-prezident qismində ədliyyə naziri Vladimir Çebotarı, Ali Məhkəmənin sədri Mihay Poalelunqi, Ali Ədliyyə Şurasının sədri Viktor Miku ilə ikitərəfli görüşlər keçirib.

 

Apellyasiya Məhkəməsinin sədri, cənab İon Pleşka (sağda), CEPEJ Vitse Prezidenti, cənab Ramin Qurbanov (solda)

1news.az

Paylaş:
1236

Son xəbərlər

Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilibBu gün, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcəkBu gün, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandıBu gün, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblərBu gün, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçiribBu gün, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşübBu gün, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunurBu gün, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilirBu gün, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydıBu gün, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıbBu gün, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilibBu gün, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki havaBu gün, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edirBu gün, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57Təkrar sertifikasiyadan keçən müəllimlərin sayı açıqlandıBu gün, 14:47DİN Pentensiar Xidmətlə birgə əməliyyat keçirib, 1,6 kq heroin götürülübBu gün, 14:40Bakının 8 Noyabr prospektində asfaltlanma işləri yekunlaşır - FOTO - VİDEOBu gün, 14:18Prezident V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - FOTOBu gün, 14:15
Bütün xəbərlər