İşlədiyi mağazadan 30 min manatlıq məişət əşyası oğurlayan satıcı saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

İşlədiyi mağazadan 30 min manatlıq məişət əşyası oğurlayan satıcı saxlanıldı

16:34 - 20 / 10 / 2017
İşlədiyi mağazadan 30 min manatlıq məişət əşyası oğurlayan satıcı saxlanıldı

Bakı şəhərinin Qaradağ rayonu ərazisindəki ticarət mərkəzlərindən birində çalışan Ramiz Həsənov icarədarı olduğu mağazadan oğurluq edilməsi barədə 10-cu Polis Bölməsinə müraciət edib.

1news.az-ın DİN-in mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, R. Həsənov ərizəsində 2014-cü ildən cari il oktyabrın 18-dək olan müddətdə mağazada ümumilikdə 30 min manat dəyərində məişət əşyalarının çatışmadığını bildirib.

Polis əməkdaşlarında oğurluğun mağazada işləyən satıcı tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından, sonuncu saxlanılaraq Polis Bölməsinə gətirilib. Satıcı, Mingəçevir şəhər sakini Adil Müzəffərov təqribən 3 il ərzində həmin mağazadan dəmir və misdən hazırlanmış məişət əşyalarını oğurlayıb sataraq pulunu mənimsədiyini etiraf edib.

Faktla əlaqədar Qaradağ Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb.

Babək Cahandarov

Paylaş:
666

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər