Vergilər Nazirliyinə işə qəbul imtahanı keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Vergilər Nazirliyinə işə qəbul imtahanı keçirilib

18:22 - 21 / 10 / 2017
Vergilər Nazirliyinə işə qəbul imtahanı keçirilib

Oktyabrın 21-də Vergilər Nazirliyi Dövlət İmtahan Mərkəzi ilə birlikdə vergi orqanlarında işə qəbulla bağlı test imtahanı keçirib.

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən 1news.az-a verilən məlumata görə, Vergilər Nazirliyi tərəfindən mövcud vakant vəzifələrə işə qəbul üzrə növbəti müsabiqə elan edilib.

Müsabiqəyə sənəd qəbulu 30 avqust 2017-ci il tarixdən 13 sentyabr 2017-ci il tarixədək elektron ərizə formasında aparılıb. Müsabiqə elanı KİV-də, o cümlədən Vergilər Nazirliyinin rəsmi internet saytında, habelə “Facebook” və digər sosial səhifələrdə yerləşdirilərək ictimaiyyətə açıq elan edilib. Elanda sənəd qəbulu, müsabiqənin keçirilməsi şərtləri və qaydaları barədə ətraflı məlumat öz əksini tapıb.

Test imtahanına namizədlərin daha yaxşı hazırlaşmağına imkan yaratmaq məqsədi ilə test imtahanında istifadə olunan sualların tərtib edildiyi ədəbiyyat siyahısı nazirliyin internet saytı vasitəsi ilə namizədlərə çatdırılıb.

Müsabiqədə iştirakla bağlı 1480 nəfər vətəndaş müraciət edib, onlardan vakant vəzifələrin tələblərinə uyğun olan 985 nəfəri namizəd qismində müsabiqəyə buraxılıb.

Qeyd edək ki, müsabiqənin test imtahanı və müsahibə olmaqla iki mərhələdən ibarət keçirilir. Qanunvericiliyə uyğun olaraq, test imtahanında uğur qazanmış namizədlər müsahibənin ikinci mərhələsinə – müsahibəyə buraxılacaqlar. Müsahibələrdə namizədlərin ümumi dünyagörüşü, onların müvafiq sahədə bilikləri və onları tətbiq etmək bacarıqları yoxlanılır. Müsahibələrdə şəffaflığın təmin edilməsi üçün müsahibə kollegial şəkildə – Müsabiqə Komissiyası tərəfindən aparılır, müsahibələrdə audio-video çəkilişdən istifadə edilir. Müsahibənin nəticələri nazirliyin internet saytı vasitəsi ilə ictimaiyyətə açıqlanır.

Müsahibədə uğur qazanan namizədlər dövlət vergi orqanlarının ehtiyat kadrlar siyahısına daxil ediləcək və onların vakant vəzifələrə təyinatı üzrə müvafiq tədbirlər görüləcək.

İmtahanın nəticələri nazirliyin internet saytı vasitəsi ilə ictimaiyyətə elan ediləcək.

Babək Cahandarov

Paylaş:
799

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər