IDEA-nın təşəbbüsü ilə Lənkəranda 2 minədək ağac əkilib | 1news.az | Xəbərlər
Cəmiyyət

IDEA-nın təşəbbüsü ilə Lənkəranda 2 minədək ağac əkilib

20:57 - 21 / 10 / 2017
IDEA-nın təşəbbüsü ilə Lənkəranda 2 minədək ağac əkilib

IDEA İctimai Birliyinin ağacəkmə təşəbbüsünə dəstək məqsədilə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən, oktyabrın 15-dən noyabrın 15-dək rayonda yaşıllaşdırma aylığı elan edilib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, yaşıllaşdırma aylığı ilə bağlı hazırlanmış tədbirlər planına əsasən, oktyabrın 21-də Lənkəran şəhərində ağacəkmə aksiyası keçirilib.

Heydər Əliyev prospektində, Lənkəran Beynəlxalq Hava Limanının qarşısında və Ələt-Astara magistral yolunun Sütəmurdov kəndindən keçən hissəsində təşkil olunan aksiyada şəhər icra hakimiyyətinin əməkdaşları, idarə, müəssisə və təşkilatların, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Aksiya zamanı 2 minədək dəmirağacı, küknar, xan çinarı və Eldar şamı əkilib. Yeni əkilən ağaclara aqrotexniki qulluq göstərilib.

Babək Cahandarov

Paylaş:
809

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər