İraqda İŞİD-in sonuncu “qala”sı azad edilməyə başlayıb
İraqın baş naziri Heydər əl-Abadi Rava və Əl- Qaim şəhərlərini İŞİD terrorçularından azad edilməsinə dair göstəriş verib.
1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, bu yaşayış məntəqələri İŞİD-in İraqdakı sonuncu "qala"sı hesab olunur.
Daha əvvəl baş nazir terror qruplaşmasının İraqdakı əsas sığınacaqlarının azad edilməsinə göstəriş vermişdir. Hərbi əməliyyatlar Anbar əyalətində, Əl-Xavica şəhərində aparılıb.
Bundan öncə isə ABŞ-ın rəhbərlik etdiyi koalisiya İŞİD-in paytaxt elan etdiyi Rakka şəhərini terrorçulardan azad etdiyini açıqlayıb.
P.Sultanova
816