Kataloniya parlamenti müstəqilliyə səs verdi
İspaniyanın Kataloniya muxtar vilayətinin parlamenti regionun müstəqilliyi lehinə səs verib.
1news.az xəbər verir ki, səsvermədən sonra müstəqilliyin əldə olunması ilə bağlı prosedur başlayacaq.
Xatırladaq ki, oktyabrın 1-də Kataloniya rəhbərliyi müstəqillik haqqında qanunsuz referendum keçirib.
Referndumdan sonra rəsmi Madrid səsvermənin nəticələrini tanımadığını və Kataloniyaya müstəqillik verilməsinə qarşı çıxdığını bildirib.
1news.az
827