2017-ci ilin beş ən yaxşı smartfonu
Ekspertlər ilin ən yaxşı smartfonlarının reytinqini tərtib ediblər.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, reytinq cədvəlinin beşinci pilləsində “OnePlus 5” smartfonu qərarlaşıb. Bu qurğunun yaradıcıları bir neçə faydalı funksiyanı əlavə etməyi unudublar: bu, simsiz yükləmə, gözün skaneridir.
Titan korpusa malik “Essential Phone” smartfonu dördüncü yeri tutur. Smartfonun yaradıcısı Endi Rubin “Android” mobil əməliyyat sisteminin tərtibatçısıdır.
“Samsung Galaxy Note 8” cihazı üçüncü, “Google Pixel” & “Pixel 2 XL” smartfonları isə ikinci pillədə qərarlaşıb. “Samsung Galaxy Note 8”, eyni zamanda, ilin ən gözəl smartfonu adına layiq görülüb.
Mütəxəssislər reytinqdə birinci yeri “Apple” korporasiyasının istehsalı olan “iPhone 8” və “iPhone 8 Plus” smartfonlarına veriblər.
1news.az