Ankaranın bələdiyyə sədri istefa verib
Türkiyənin paytaxtı Ankara şəhərinin bələdiyyə başçısı Melih Gökçek bu gün vəzifəsindən istefa verib.
1news.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, M. Gökçek 8617 gündür tutduğu vəzifəni prezident Rəcəb Tayyib Ərdoğanın istəyi ilə tərk etdiyini açıqlayıb.
O deyib: “İstefamı Rəcəb Tayyib Ərdoğan istədi. Əmr dəmiri kəsər. Uğursuz çalışdığım üçün, yorğun olduğum üçün getmirəm, sadəcə, ölkəmi lider ölkə edəcəyinə inandığım Ərdoğanın tələbini yerinə yetirirəm”.
1news.az
885