Kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani istefaya gedir | 1news.az | Xəbərlər
Dünya

Kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani istefaya gedir

12:44 - 29 / 10 / 2017
Kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani istefaya gedir

Kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani noyabrın 1-də istefaya gedəcəyini bəyan edib.  

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Deutsche Welle” məlumat yayıb.

Məlumata görə, yeni lider seçilənədək muxtariyyət rəhbərinin səlahiyyətlərini bölgə hökuməti, parlamenti və məhkəmə instansiyaları birgə icra edəcəklər.    

İraq ordusu kürdlərin nəzarətində olan ərazilərin bir hissəsini ələ keçirdikdən sonra yerli müxalifət  M.Bərzaninin istefasını tələb edib.

Babək Cahandarov

Paylaş:
915

Son xəbərlər

Bütün xəbərlər