Sofiyada Dünya Xəbər Agentlikləri Konqresi Şurasının növbəti iclası keçirilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Sofiyada Dünya Xəbər Agentlikləri Konqresi Şurasının növbəti iclası keçirilib - FOTO

22:00 - 30 / 10 / 2017
Sofiyada Dünya Xəbər Agentlikləri Konqresi Şurasının növbəti iclası keçirilib - FOTO

Oktyabrın 30-da Bolqarıstanın BTA agentliyinin təşkilatçılığı ilə Sofiyada Dünya Xəbər Agentlikləri Konqresi Şurasının növbəti iclası olub.

1news.az-məlumatına görə, iclasda 2019-cu ildə Sofiya şəhərində keçiriləcək Dünya Xəbər Agentliklərinin 6-cı Konqresinə hazırlıq məsələləri müzakirə olunub, təşkilati işlərə baxılıb.

İclasda Şuranın üzvü olan AZƏRTAC, Böyük Britaniyanın Press Association, ABŞ-ın Associated Press, Rusiyanın TASS, İspaniyanın EFE, Bolqarıstanın BTA agentliklərinin rəhbərləri və nümayəndələri, həmçinin Ərəb Xəbər Agentlikləri Federasiyasının (FANA) və Avropa Xəbər Agentlikləri Alyansının (EANA) baş katibləri iştirak ediblər.

AZƏRTAC-ın baş direktoru, Dünya Xəbər Agentlikləri Konqresinin prezidenti Aslan Aslanov iclasda məruzə edərək təşkilatın təkmilləşdirilməsinin, onun nizamnaməsində dəyişikliklər olunmasının, BMT və YUNESKO-da qeydiyyatdan keçirilməsinin vacibliyini vurğulayıb. Qeyd edilib ki, təşkilat üzv agentliklər arasında əlaqələrin daha da möhkəmlənməsi istiqamətində fəaliyyətini gücləndirməlidir. Eyni zamanda, Dünya Xəbər Agentliklərinin ötən ilin noyabrında Heydər Əliyev Fondu və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda keçirilən 5-ci Konqresinin yaxşı təcrübə platformasına çevrildiyi diqqətə çatdırılıb.

İclasda Şuranın sədri Klayv Marşal, Konqresin baş katibi Maksim Minçev, FANA-nın baş katibi Fərid Əyyar və başqaları təşkilatın fəaliyyəti ilə əlaqədar görülən işlər barədə məlumat verib, 6-cı Konqreslə bağlı fikirlərini bölüşüblər. Şura üzvləri TASS-ın təklifi ilə növbəti iclasın 2018-ci ildə Sankt-Peterburqda Beynəlxalq İqtisadi Forum çərçivəsində keçirilməsini qərara alıblar.

Xatırladaq ki, Dünya Xəbər Agentliklərinin 5-ci Konqresi 2016-cı il noyabrın 16-17-də Bakıda keçirilib. Hazırda AZƏRTAC Dünya Xəbər Agentlikləri Konqresinin sədridir. 2019-cu ildə sədrlik AZƏRTAC-dan Bolqarıstanın BTA agentliyinə keçəcək.

1news.az

Paylaş:
758

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər