Xaçmazda pedofiliyada ittiham olunan məktəb direktoruna qarşı cinayət işi açılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xaçmazda pedofiliyada ittiham olunan məktəb direktoruna qarşı cinayət işi açılıb - FOTO

13:16 - 02 / 11 / 2017
Xaçmazda pedofiliyada ittiham olunan məktəb direktoruna qarşı cinayət işi açılıb - FOTO

Xaçmazda 12 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham olunan məktəb direktoru barəsində cinayət işi açılıb.

1news.az-ın məlumatına görə, faktla bağlı Xaçmaz rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 153.3-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə cinayət işi başlanıb.

Gülməz Alxasov həmin iş üzrə təqsirləndirilən şəxs qismində saxlanılıb.

Qeyd edək ki, Xaçmaz rayonu, Arzu qəsəbə tam orta məktəbinin direktoru, 1955-ci il təvəllüdlü Gülməz Alxasovun məktəbin şagirdi, 12 yaşlı qıza qarşı əxlaqsızlıq etdiyi iddia olunur.

Məlumata görə, 62 yaşlı G.Alxasov 6-cı sinifdə oxuyan qızlardan birini kabinetinə çağırıb və onun dodağından öpüb. Bu hadisəni isə həmin an direktordan icazə almaq üçün onun kabinetinə gələn qadın işçilərdən biri görüb.

Hadisədən xəbər tutan kənd sakinləri məktəbin qarşısına toplaşaraq direktorun cəzalandırılmasını və kənddən qovulmasını tələb ediblər.

Baş verən hadisə ilə bağlı G.Alxasov müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb.

1news.az

Paylaş:
826

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər